Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“31 mart" qurbanları Gənc Tamaşaçılar Teatrında anıldı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ Azərbaycan Milli Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov soyqırım haqqında danışaraq bildirib ki, 1918-ci ilin mart- iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunmuş və evindən-obasından didərgin düşüb.
O, qeyd edib ki, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə verilib. Hər il Azərbaycanın müxtəlif bölgələrində, idarə, təşkilat və müəssisələrində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə və soyqırım qurbanları anılmaqdadır.
Mübariz Həmidovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bir çox dünya ölkələrində yüksək tribunalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü və geniş şaxəli tədbirlər böyük əhəmiyyət kəsb edir. Gələcəkdə erməni faşistləri tərəfindən törədicələk belə faciələrdən sığortalanmaq və beynəlxalq miqyasda layiqli qiymət verilməsi üçün böyük imkanlar yaradır.
Şuşa Dövlət Musiqili Teatrının direktoru, Əməkdar Artist Yadigar Muradov çıxış edərək erməni vandalizmi haqqında acı xatirələrini dilə gətirib.
Soyqırımda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Prezident İlham Əliyevin 2013-cü il sentyabr ayının 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirakı və çıxışının videoyazısı təbdir iştirakçılarına nümayiş etdirilib.
Daha sonra soyqırımdan bəhs edən film nümayiş etidirilib.
Məlumat üçün bildirək ki, tədbirdə Dövlət Gənc Tamaşaçılar və Şuşa Dövlət Musiqili Teatrının əməkdaşları, ictimaiyyət nümayəndələri, ASSİTEJ Azərbaycan Milli Mərkəzinin kollektiv üzvü olan Azərbaycan İctimai-Siyasi Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Günel






31 Mart, 2014  17:16 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner