Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Ərdoğanın qələbəsinə Kılıçdaroğlu və Baxçalı da sevinməlidi”

Sahib Alıyev: “Baş nazirin başına gətirilənlər müxalifət liderlərinin da başına gətiriləcəkdi”

“Türkiyədəki seçkinin nəticələri artıq bəllidir. Məncə, Azərbaycanda qonşu ölkədə gedən prosesləri yaxından izləyənlərin çoxu buna sevinirlər. Həm də Ərdoğan və onun partiyasına necə yanaşmalarından asılı olmayaraq. Səbəb isə budur ki, bu seçkidə Ərdoğan və partiyasının uduzmasını istəyən və buna çalışan təkcə ölkənin içərisindəki güclər deyildi”. Simsar.az xəbər verir ki, bu barədə Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev öz facebook səhifəsində yazıb.
Deputatın sözlərinə görə, baş nazirin telefon danışıqlarını dinlətdirib onun şifrəsini sındıranlar, Türkiyə Xarici İşər Nazirliyində dövlətin üst düzəyində yer alanların qapalı toplantıda dediklərini yazdırıb (özü də bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq) internetə oturdanlar da bunu istəyirdi.
“Türkiyəlilər isə öz hərəkətlərilə göstərdilər ki, onlarla manipulyasiya etmək olmaz. Bu ölkədən kənardakı güclər öz texnoloji üstünlüklərilə Türkiyədə hər kəsin atdığı hər bir addımı izləmək qüdrətindədirlər və bunu da göstərdilər. Amma bütün bunlardan manipulyasiya vasitəsi kimi faydalanaraq türkiyəlilərə öz iradələrini qəbul etdirməyi bacarmadılar. Məncə, bir çox seçicilər dəstəklədiklərinə görə deyil, elə məhz xarici güclərin bu niyyətlərini gördükləri üçün Ədalət və Qalxınma Partiyasının təmsilçilərinə səs veriblər. Paradoksal səslənəcək, amma fikrimcə, buna Ərdoğanın rəqibləri Kamal Kılıçdaroğluyla, Dövlət Baxçalı da sevinməlidirlər. Sevinməlidirlər ki, qlobal oyunçular bir çox başqa ölkələrdəkilərdən fərqli olaraq türkiyəli seçicilərlə istədikləri kimi manipulyasiya edə bilmirlər.
Milət vəkili bildirib ki, bu mümkün olsaydı, Ərdoğanın başına gətirilənlər Ərdoğanın yerinə onlar əyləşib həmin oyunçuların maraqlarına cavab verməyən addımlar atdıqları təqdirdə Kılçdaroğluyla Baxçalının da başına gətiriləcəkdi.

Aysel Kərimova







31 Mart, 2014  16:59 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner