Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zakir Həsənov rəisi işdən çıxardı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən, HDQ-nin qərargah rəisi, I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov sərəncama göndərilib. 

Simsar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Y.Məmmədov sərəncama göndərilsə də, hələlik ordu sıralarından tərxis olunmayıb. HDQ-nin qərargah rəisi vəzifəsinin icrası isə II dərəcəli kapitan (polkovnik-leytetant) Şahin Məmmədova tapşırılıb. O, eyni zamanda, hələlik HDQ-nin komandanı vəzifəsini icra edəcək.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, martın 11-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilmiş, daha sonra həmin vəzifənin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılmışdı.






31 Mart, 2014  16:49 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner