Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir Əli Abbasov Dubayda konfransda – FOTO

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 28-30 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan ənənəvi Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak edib. Nazirin çıxış etdiyi konfrans genişzolaqlı internetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub.

Nazir Əli Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat verib. “TASİM” və “EPEG” layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, təhsildə İKT-nin inkişafından da söz açıb.

Məlumat üçün bildirək ki, sözügedən tədbirə BTİ-yə üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb.

Konfrans işini aprelin 10-a qədər davam etdirəcək və sonda bəyannamə qəbul olunacaq.

Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin Baş katibi və Baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib.







31 Mart, 2014  16:04 Baxılıb: 577 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner