Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekspert: “Şaxtalı hava meyvə qıtlığı yaradacaq”

Havaların kəskin soyumasının müsbət təsir edəcəyi sahə də var

Ölkə ərazisində qarlı, soyuq hava şəraitinin müşahidə edilməsi daha çox meyvə-tərəvəzin məhsuldarlığına mənfi təsir göstərəcək.

Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, havaların kəskin soyuması bitkilərdə ciddi stress yaradır. “Bu stress isə bitkinin fizioloji durumuna təsir edir. Bitkilərin oyanan dövründə havaların şaxtalı keçməsi bəzi bitkilərə mənfi təsiri göstərir. İntensiv yağışlar bitkilərin çiçəklənmə və tozlanma dövründə baş verdiyindən mayalanma prosesi demək olar ki getməyib. Bu da bu il daha az məhsul götürüləcəyindən xəbər verir. Yağışların aylıq normadan çox yağması nəinki bitkinin özünə, torpağa da böyük ziyan vurur”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda 9 iqlim şəraiti mövcud olduğundan hava şəraitinin də bölgələrə təsiri müxtəlifdir. “Belə çıxır ki, çiçəkləmə, mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacaq, məhsuldarlıq aşağı düşəcək”.

Havanın temperaturunun mənfi 1 dərəcədən aşağı düşməsi artıq çiçəklənmə dövrü keçirən ağacların məhsul verəcəyini söyləmək çətin olduğunu deyən ekspert bu il meyvə ağaclarının məhsuldarlığının az olacağını bildirib. Onun sözlərinə görə  havaların soyuması yem bitkilərinə, taxıl bitkilərinə zərər vurmayıb, əksinə xeyri olub: “Hazırda həmin bitkilərin suya ehtiyacı var idi. Suvarma suyunun təminatında ciddi problem olduğuna görə havaların yağmurlu keçməsi dənlin bitkilərin məhsuldarlığına müsbət təsir edəcək”.

Alma, armud, gilas, ərik şaftalı və digər meyvələrdə məhsuldarlığın düşəcəyini diqqətə çatdıran V.Məhərrəmov alçanın yağışlardan itkisiz çıxacağı qənaətindədir.

Aysel Kərimova

 






31 Mart, 2014  14:54 Baxılıb: 814 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner