Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili ön cəbhədə 31 Mart Soyqırımından danışdı – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə hərbi hissədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı əsgərlər qarşısında geniş çıxış edib və "Unutmamalı, unutdurmamalıyıq" deyib

Tovuz rayonunda Ermənistanla ön cəbhədə hərbi hissədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra çıxış edən hərbi hissə rəhbərliyi 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımdan, xalqı¬mızın üzləşdiyi tarixi faciələrdən danışdı və bu cür anım tədbirlərinin hərbi hissələrdə keçirilməsinin əhəmiyyətini vurğuladı. Tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının xronologiyası, xalqımızın XX yüzildə yaşadığı tarixi hadisələr və onların mahiyyəti haqqında ətraflı danışdı. Millət vəkili Qənirə Paşayeva 31 Mart soyqırımı ilə bağlı rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" seriyasında 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar – “Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı:Şamaxı” adlı 3 film barədə məlumat verib və bildirib ki, bu filmlərin hazırlanmasında, ölkəmizdə və xarici ölkələrdə yayılmasında məqsəd 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin topraqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktları bütün dünyaya daha geniş şəkildə təbliğ etmək işinə dəstək göstərməkdir.

Nəinki 20-ci əsrin əvvəllərində, həm də 20-ci əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı söyqırım törədənlərin də ədalət və tarix qarşısında lazımi cavab vermədiklərini qeyd edən millət vəkili Qənirə Paşayeva bu söyqırımları xalqımızın unutmadığını, unutdurmayacağını dedi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 31 mart soyqırımı ilə bərabər, 20-ci əsrin sonunda Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı Soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva gənc¬ləri fəal olmağı, onları azərbaycanlıların soyqırımı barədə yalnız 31 mart tarixində deyil, hər zaman düşünməyi,  tariximizə sahib çıxmağı tövsiyyə etdi və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial medianın təqdim etdiyi imkanlardan geniş istifadə etməyə, bu istiqamətdə səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" toplusuna daxil olan Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı: Şamaxı” filmləri nümayiş olundu. Filmlərin nümayişindən sonra "Azərbaycan həqiqətləri" toplusunun nüsxələri millət vəkili Qənirə Paşayeva tərəfindən hərbi hissəyə hədiyyə edildi. Daha sonra millət vəkili Qənirə Paşayeva hərbi hissədə xidmət edən əsgər və hərbçilərlə görüşərək onlarla geniş söhbət edib.







31 Mart, 2014  14:49 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner