Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan “balkon çıxışı”nda ittiham etdi – VİDEO

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olduqdan sonra baş nazir Ərdoğan “balkon çıxışı” edib. Simsar.az Türkiyənin Fox TV kanalına istinadən xəbər verir ki, Ərdoğan müxalifətə və cəmaata səslənərək sərt ittihamlar ortaya atıb:

"Ölkə xaricində baş verən iftiralardan sonra mən hər şeyi bir kənara qoyuram, hətta öz şəxsim barədə deyilənləri də. Amma baş nazirlik haqqında yaydıqları şayiələrlə bağlı müxalifətin bir üzr açıqlamasını eşitdinizmi? Bu vətənə xəyanətdir. Bu bir casusluqdur. Buna istiqamətlənən, biz iqtidarın yanındayıq dediklərini eşitdinizmi? Pensilvaniya ilə bərabər hərəkət edənlər bunun nə olacağını deyə bilərlərmi ? Gözləyirdilərki martın 25-dən sonra Türkiyədə xaos olacaq. Guya iqtisadiyyat çökəcəkdi, demokratiya olmayacaqdı. Daha da güclənərək gəlirik".

Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. Hələlik səslərin cəmi 97,90 faizi hesablanıb. AKP - 45,49%, CHP - 27,94%, MHP - 15,21% nəticə əldə edib. Bu Türkiyə üzrə olan rəqəmlərdir. İstanbulda isə AKP səslərin 47,96 faizini, CHP - 39,99%, MHP - 4,84% faizini toplayıb. Ərdoğanın partiyasının İstanbuldan bu qədər səs alması əlehdarları üçün böyük zərbə də sayıla bilər. Amma sonuncu İstanbul mitinqinə nəzər salsaq bu rəqəmlərin həqiət olduğu şübhə doğurmur. Ankara üzrə isə yenə də AKP 44,74 faiz səslə irəlidədir. Digər iki partiyadan CHP-43,82%, MHP - 15,21% səs toplayıb. Seçici fəallığı isə 87,30 faiz təşkil edib.







31 Mart, 2014  13:48 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner