Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Yaşar Cəlilov qonşusuna eşq elan edib - FOTOLAR

Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Simsar.az-ın məlumatına görə, kompozisiyanın sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur.

Hazırda montaj prosesində olan ekran işi yaxın günlərdə təqdim olunacaq. Y. Cəlilovun sözlərinə görə, klipin sujet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: “Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm”.

Ekan işində əsas rolları müğənni ilə yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb.

Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur.

"Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb.

Çəkiliş prosesindən olan fotosessiyanı təqdim edirik:






31 Mart, 2014  11:59 Baxılıb: 1721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner