Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın inkişafı türk mediasında

“Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı və "Milliyyet" qəzetinin yazarı Abbas Güclünün "Milliyyet Akademi" dərgisində "Türk dünyasının parlayan ulduzu Azərbaycan" adlı məqaləsi çap edilib. Yazar məqalədə səfərlə bağlı təəssüratlarını bölüşüb. Jurnalın üz qabığı Azərbaycana ayrılıb və orada Azərbaycanın ümummili lideri Heydər Əliyevin və onun xanımı, oftolmoloq Zərifə xanım Əliyevanın Fəxri Xiyabandakı abidələri öz əksini tapıb. Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən müəllif bunun nəticəsində  Azərbaycanın tezliklə bütün Türk dünyasının parlayan ulduzuna çevriləcəyini qeyd edib. Azərbaycanın ən əsas probleminin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan torpaqlar olduğunu qeyd edən müəllif azərbaycanlıların Dağlıq Qarabağ münaqişəsini BMT-nin qəbul etdiyi qətnamələr əsasında beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsini istədiklərini qeyd edir. Azərbaycanda aydın olmağın böyük şərəf olduğunu qeyd edən müəllif sənətə, sənətçiyə, yazarlara, ziyalılara heç bir ölkədə Azərbaycan qədər böyük önəm verilmədiyini, onlara çox ehtiram göstərildiyini vurğulayıb.

Gənc dövlət olmasına baxmayaraq çox sürətli iqtisadi inkişafın getdiyini qeyd edən Abbas Güclü bu gedişatla Azərbaycanın tezliklə sadəcə Türk dünyasının deyil, bölgənin də parlayan ulduza çevrilə biləcəyini qeyd edir.

Qeyd edək ki, Abbas Güclü Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın dəvəti ilə Novruz Bayramında ölkəmizə səfər edib.

Simsar.az






31 Mart, 2014  11:22 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner