Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva erməni gülləsinə tuş gələn Tovuz sakinləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində son 3 gündə atəşkəsin intensiv pozulması və mülkü insanların hədəfə alınması nəticəsində yaralanan sakinləri ziyarət edib. Evdə olarkən erməni gülləsinə tuş gələn Əlibəyli kənd sakini Etibar Tağıyevi xəstəxanada ziyarət edən millət vəkili onun müalicəsinin gedişi ilə maraqlanıb. Həkimlər yaralıya zamanında bütün yardımların edildiyini və yaxın günlərdə Etibar Tağıyevin tam sağalaraq evinə dönə biləcəyini deyiblər. Ailə üzvləri bildiriblər ki, hadisə zamanı evdə olan Etibarın 3 övladı bundan ciddi sarsıntı keçiriblər. Qənirə Paşayeva Ermənistanın bu cür çirkin əməllərinə beynəlxalq təşkilatların duyarsızlığı barədə etirazların haqlı olduğunu dilə gətirib. O, baş verənləri bütün biganəliklərə baxmayaraq beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdıracaqlarına söz verib.

Millət vəkili həmçinin atəşkəsin pozulması nəticəsində yaralanan Əliyev Rəşad Səfər oğlunu və ailəsini ziyarət edib. O, Tovuz istiqamətində düşmənin bütün təxribatlarına layiqli cavab verən hərbiçi və əsgərlərimizin əllərindən gələni etdiklərini dilə gətirib.

Qənirə Paşayeva ön cəbhə nöqtələrində qulluq edən əsgər və hərbçilərlə də görüşüb.

Simsar.az









31 Mart, 2014  10:16 Baxılıb: 771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner