Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Prezidentliyə 24 namizəd - SİYAHI

Ukraynanın mərkəzi seçki komissiyası  (MSK)  prezidentliyə namizəd olan 24 nəfərdən sənədlərini və hər birindən 2.5 milyon qriven ( 233 min dollara yaxın) girov götürüb. Ümumilikdə MSK-ya 38 nəfər müraciət edib lakin bəzilərinin sənədləri tamamlanmayıb. Sənədlərin qəbulu martın 30-dan 31-ə keçən gecə dayanıb. Rəsmi olaraq prezidentliyə namizəd adını keçmiş nazir müavinləri Yuri Boyko və Sergey Tiqipko, Xarkovun sabiq qubernatoru Mixail Dobkin, sabiq baş prokuror müavini Renat Kuzmin, iş adamı Vadim Rabinoviç, Ali Radanın sabiq millət vəkili Vaeri Konovalyuk və “İnteraqroekspert” şirkətinin rəhbəri Vladimir Saranov qazanıblar. 4 parlament fraksiyaları öz namizədlərini irəli sürüblər. “Batkivşina” partiyasından partiya lideri Yuliya Timoşenko, “Svoboda” partiyasından lider Oleq Tyaqnibok, Regionlar partiyası Mixail Dobkin irəli sürülüblər. “UDAR” partiyasının lideri Vitali Kliçki bundan əvvəl prezidentliyə namizəd olduğunu bildirsə də son anda namizədlikdən imtina edib və prezidentliyə namizədliyin irəli sürmüş oliqarx Pyotr Poroşenkonu dəstəkləyib. Bundan başqa seçkilərdə “Praviy sektor” partiyasının lideri Dmitri Yaroş da iştirak edəcək. Onun rəqibləri məşhur həkim Olqa Boqomolec, sabiq sosial siyasət naziri Natalya Korolyovskaya, sabiq müdafiə naziri Anatoli Qriçenko olacaqlar. Həmçinin Ali Radanın deputatı Oleq Lyaşko, deputat Oleq Çarev, sabiq gəlir və yığmlar naziri Aleksandr Klimenko, keçmiş xarici kəşfiyyat xidmətinin rəhəbri Nikolay Malomuj və İnternet partiyasının nümayəndəsi Dart Veyder adlı şəxs öz namizədliklərini irəli sürüblər. Komissiyanın sənədlərə baxışı aprelin 4-ə qədər çəkəcək.

Mələk Abbaszadə







31 Mart, 2014  10:03 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner