Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyədə bələdiyyə seçkiləri 8 nəfərin həyatına son qoydu

Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı baş vermiş qarşıdurmalar zamanı ölənlərin sayı 8, xəsarət alanların sayı isə 42 nəfərə çatıb.

Simsar.az-ın məlumatına görə, bələdiyyə seçkiləri zamanı Türkiyənin müxtəlif bölgələrində qarşıdurmalar baş verib.

Vanın Çaldıran rayonunda muxtarlığa namizədlər arasında qarşıdurma nəticəsində 4 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hatay vilayətinin Kırıkhan rayonunda namizədlər arasında qarşıdurma olub. Nəticədə iki nəfər ölüb, 9 nəfər yaralanıb.

Yozqat vilayətinin Türkmənsarılar kəndində iki qrup arasında dava düşüb. Qruplar bir-birlərinə daş və dəyənəklərlə hücum edib. Nəticədə 3 nəfər yaralanıb.

Rize vilayətində də qarşıdurma olub. Belə ki, iki nəfər arasında mübahisə yaranıb və dava düşüb.

Polis əməkdaşları tərəfləri ayırmağa çalışarkən bir polis ayağından güllə ilə vurulub.

Ərzurumun Əziziyyə rayonunda iki muxtarlığa namizədin yaxınlarının davasında isə 6 nəfər yaralanıb.

Qaziantep vilayətində hakim Ədalət və İnkişaf Partiyasından namizədliyini irəli sürmüş şəxs və 3 nəfər yaxını seçki məntəqəsindəki qarşıdurma zamanı yaralanıb.

Xatırladaq ki, Hatay vilayətinin Gölbaşşı kəndində muxtalığa namizədlər arasında silahlı insident baş vermişdi. Hadisə zamanı iki nəfərin açılan atəş nəticəsində öldüyü, 9 nəfərin isə ağır yaralandığı bildirlirdi. Şanlıurfa vilayətinin Çankaya qəsəbəsində isə muxtarlığa namizədlər arasında dava düşmüşdü. Qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanmışdı.






30 Mart, 2014  19:59 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner