Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 30-da 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında mütəxəssislər hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 11-dən 20-dək aparılmış və 1356 namizədin elektron ərizəsi təsdiq edilib.

İmtahan Bakı və Naxçıvan şəhərlərində aparılmışdır. Bakı şəhərində imtahanlar üç binada - Azərbaycan Tibb Universitetinin I və V tədris korpuslarında və Bakı Qızlar Universitetində keçirilib. Saat 11-də başlayan imtahan 2 saat 30 dəqiqə müddətində aparılıb.

Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılır. Rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi iyulun 27-də keçiriləcək və bu mərhələyə birinci mərhələdə ən azı 40 bal toplayan namizədlər buraxılacaq.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi iyul ayında keçiriləcək.

İxtisas seçimi qəbul imtahanının nəticələri elan edildikdən sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində ali tibb təhsili bazasına uyğun ixtisasları seçib təsdiq etməlidirlər.






30 Mart, 2014  14:46 Baxılıb: 680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner