Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Krımdan sonra Rusiya Ermənistanı özünə birləşdirəcək”

Erməni şərhçi Naira Ayrumyan bu fikirdədir ki, Rusiya Krımdan sonra Ermənistanı özünə birləşdirəcək

Simsar.az-ın məlumatına görə, şərhçi qadın bu barədə bu gün erməni mətbuatında dərc olunmuş məqaləsində bildirib.

Naira Ayrumyan yazır: “Krımın Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz donanması “xarici” baza statusunu itirib. Faktiki olaraq Rusiyanın bazaları yalnız Ermənistanda və Tacikistanda qalıb. Rusiyanın 102-ci bazası Ermənistanın şimalında yerləşir. Məhz şimal rayonları Rusiyaya xüsusi meylliyi ilə seçilir.

Ermənistandan olan əmək miqrantlarının ümumi sayında bu regionların xüsusi payı həddindən artıq böyükdür. Həmçinin, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyanın sözlərinə görə, hazırda Ermənistan əhalisinin 10%-nin Rusiya vətəndaşlığı var. Ermənistanda onların böyük əksəriyyəti ikili vətəndaşlığı olan insanlardır”,- deyə erməni şərhçi yazır.

Naira Ayrumyan həmçinin Dövlət Dumasının keçmiş sovet respublikalarının sakinlərinə Rusiya vətəndaşlığı verilməsini də asanlaşdırmaq niyyətində olduğunu yada salıb: “Bu, o deməkdir ki, Ermənistanda Rusiya vətəndaşlarının xüsusi payı kəskin arta bilər, xüsusilə də şimal rayonlarında. Nəticədə, Ermənistanın şimalında Rusiya üçün “əlverişli” məqam yaranar, hərbi bazanın olması və çox sayda Rusiya vətəndaşları öz sözünü deyər”.






29 Mart, 2014  23:37 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner