Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyədə bələdiyyə seçkilərinə bir gün qalıb - VİDEO

Beləliklə, bu gün Türkiyədə sükut günüdür. Çünki sabah martın 30-da Türkiyə üçün yeni bir siyasi mərhələ olacaq. Ötən ilin dekabrından ölkədə baş qaldıran rüşvət əməliyyatları, ardınca Fətullah Gülənlə Rəcəb Tayyıb Ərdoğanın söz davası və nəhayət bu davadan yararlanan müxalifətin sınaq meydanı, necə deyərlər, sabah sandıq başında olacaq. Xalq bələdiyyə seçkisində səs verməklə kimə inandığını göstərmiş olacaq.

"Türkiyədə günlərdir davam edən siyasi gərginlik siyasi xaosun kulminasiya nöqtəsi bələdiyyə seçkilərinə bu saatdan etibarən tam 15 saat qaldı. 27 partiya 53 milyon seçicinin səsi uğrunda sabah mübarizə aparacaq və sabah səhər saat 07:00 radələrindən etibarən seçkilərə start veriləcək. Az öncə də qeyd etdim, 53 milyon insan səs verəcək. Onlardan beşdə biri, yəni 11 milyona yaxın insan sadəcə İstanbulda səs verəcək. İstanbul Baş Polis İdarəsindən də büromuza verilən məlumatda bildirildi ki, sabah seçkilərin gedişatına 39 min polis nəzarət edəcək. Onu da xatırlatmaq istəyirəm ki, Türkiyənin hər yerində 2 yüz minə yaxın seçki məntəqəsi var ki, bu məntəqələrdə də 400 min seçki sandığı var. Türkiyədə keçirilən bu seçkilər 45-ci seçkidir. Bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır ki, bu gün Türkiyədəki siyasi liderlər tərəfindən heç bir açıqlama gözləmirik. Çünki Türkiyə Cümhuriyyəti qanunlarına əsasən seçkilərə 24 saat qalmış heç bir siyasi partiya və siyasi lider Türkiyə yayım quruluşlarında, televiziya və radioda siyasi təbliğat kampaniyası keçirə bilməz. Sadəcə olaraq bütün küçələrdə partiyalar məhəllə-məhəllə gəzib siyasi təbliğatlarını görə bilər", - deyə Pərviz Sultansoy İstanbuldan bildirib.






29 Mart, 2014  19:41 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner