Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Göygöldə avtomobil icra başçısının evinə çırpıldı: 2 yaralı var

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın verdiyi məlumata görə, hadisəni Göygöl rayon Polis Şöbəsi təsdiq edib. Şöbədən verilən məlumata görə, hadisə nəticəsində iki gənc ağır yaralanıb.

20 yaşlı Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpılıb.

Nəticədə sürücü və onun yanındakı sərnişin, 21 yaşlı Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Gəncə xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu deyilir.

Məlum olub ki, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı işləyən Vilyam Hacıyevindir.






29 Mart, 2014  18:51 Baxılıb: 656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner