Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rus Dram Teatrının aprel repertuarı çox maraqlı olacaq

Aprel ayında Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında maraqlı tamaşalar göstəriləcək

Simsar.az xəbər verir ki, aprelin 1-də “Cız-bız” parodiyalar nümayişinin premyerası, ayın 3-də A.Ostrovskinin “Qurdlar və qoyunlar”, 4-də M.F.Axunzadənin “Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” komediyaları göstəriləcək.
Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi aprelin 5-də O.Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları” komediyasını, ayın 6-da K.Qoldoninin “Mirandolina”, 10-11-də Elçinin “Cəhənnəm sakinləri” və “Teleskop” tamaşalarını təqdim edəcək.
E.Şmittin “Pozğun” sevgi hekayəsi aprelin 12-də, M.Zadornovun “Ər almaq istəyirəm” komediyası ayın 13-də nümayiş olunacaq.
Teatrsevərlər aprelin 17-də F.Dostoyevskinin eyniadlı əsəri əsasında hazırlanmış “Karamazov qardaşları”, ayın 18-də R.Kuninin “Həddindən artıq evli taksi sürücüsü”, 19-da M.Kamolettinin “Ah, bu Anna” tamaşalarına baxa bilərlər.
Aprelin 20-də M.Lermontovun “Maskarad”, ayın 24-də N.Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Yeddi gözəl”, 25-də C.Ostinin “Qürur və qərəz” tamaşaları göstəriləcək.
Teatrın kollektivi aprelin 26-da A.İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, ayın 27-də V.Siqarevin “Yalan detektoru” komediyalarını təqdim edəcək.
Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, aprel ayında da balaca tamaşaçıları unutmamışdır. Aprelin 5, 6 və 27-də “Nağılı tap! -1” və “Nağılı tap!-2”, ayın 12-də “Güləbətin tikən qız və süpürgəçi” tamaşaları göstəriləcək.
Uşaqlar “Maşa və Ayı”, “Durna balığının buyruğu ilə” tamaşalarına aprelin 13-də və 19-da baxa bilərlər.
Aprelin 20-də “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ın premyerası, ayın 26-da “Gözəl Vasilisa” nümayiş olunacaq.

Günel






29 Mart, 2014  14:41 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner