Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Füzuli Ələkbərov: "hüquqi ölçü götürüləcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Nazir rəhbərlik etdiyi qurumun aidiyyəti olduğu bütün istiqamətlərə dair xüsusi göstərişlər verib

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə bağlı martın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, müşavirədə nazir Fizuli Ələkbərov son iki il ərzində ölkə iqtisadiyyatında, həmçinin sosial sahədə əldə olunan nailiyyətlərdən danışıb. Nazir həmçinin əhaliyə xidmətin yaxşılaşdırılmasının, bu sahədə şəffaflığın təminatının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayıb.

Fizuli Ələkbərov ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın təminatı işlərinin gücləndirilməsinin, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanların, qanunsuzluq hallarının aşkar edilərək, hər bir belə halla əlaqədar müvafiq hüquqi ölçü götürülməsinin vacibliyini qeyd edib. O, iş sahəsində korrupsiya halına, məsuliyyətsizliyə, vətəndaşlara qarşı hörmətsizliyə yol verən əməkdaşlara qarşı ciddi tədbirlər görülməsini tapşırıb.

Müşavirədə ünvanlı dövlət sosial yardımının ödənişində kart sisteminin tam tətbiq edilməsi, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunması, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi təqdirdə ciddi cəza tədbirinin görülməsi, hər hansı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatında qanunsuzluğa yol verildiyi halda bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət olunması barədə ciddi tapşırıqlar verilib.

Yığıncaqda məşğulluğun təminatı sahəsində aktiv tədbirlərin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına, qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, peşə hazırlığının daha səmərəli təşkili üçün işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində də müvafiq göstərişlər verilib. Nazir mənzil və avtomobillərin təminatında fəaliyyət göstərən komissiyaların tərkibində vətəndaş cəmiyyətlərinin, QHT-lərin iştirakının genişləndirilməsinə, ümumiyyətlə, vətəndaşlara xidmət sahələrinin hər birində şəffaflığın artırılması üçün ictimai birliklərin təmsil olunmasına daha geniş şərait yaradılmasına göstəriş verib.

Fizuli Ələkbərov nazirlikdə fəaliyyət göstərən 142 nömrəli qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bu xidmət barədə əhalinin daha geniş məlumatlandırılması məqsədi ilə təbliğat işlərinin gücləndirilməsini də tapşırıb.






3 Mart, 2011  22:19 Baxılıb: 1519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner