Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Facebook" daha bir şirkət alır

Bu yaxınlarda 19 milyard dollara "Whatsapp"ı satın alan "Facebook" indi də 2 milyard dollara virtual-reallıq dəbilqə istehsalçısı "Oculus VR" şirkətini satın alıb

Simsar.az-ın məlumatına görə, Facebook-un yaradıcısı Mark Zukerberq Oculus-u təkcə oyun sferasında deyil, media, əyləncə və təhsil sahələrində də inkişaf etdirəcək.

Yeni Oculus dəbilqələrinin köməyilə həkimlə üzbəüz müayinədə olmaq, dünyanın fərqli nöqtələrindəki müəllim və tələbələri görüşdürmək mümkün olacaq. Zukerberq "Oculus VR"i sosial şəbəkələrin inkişafında növbəti mərhələ hesab edir. Yeni cihazların 2014-cü ilin sonu və ya 2015-ci ilin əvvəllərində satışa çıxarılacağı gözlənilir.

Hazırda "Oculus VR" kimi tanınan virtual reallıq cihazının ilk adı "Oculus Rift" olub. Gözü əhatələyən və yüksək keyfiyyətli OLED ekranlı cihaz baş hərəkətlərini tanıması və yaratdığı reallıq effekti ilə texnologiya dünyasında yeniliyə imza atıb. Şirkətin əsası 2012-ci ildə 21 yaşlı Palmer Laki tərəfindən qoyulub.







27 Mart, 2014  20:42 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner