Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternet istifadəçilərinə xəbərdarlıq edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi ADSL-modemlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edir

Simsar.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Evlərdə və kiçik ofislərdə modemlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəz istifadəçilərə aşağıdakıları tövsiyə edir:

modem sazlamalarına daxil olduğunuz zaman daxil etdiyiniz şifrəni brauzerin yaddaşında saxlamayın; istifadə etdiyiniz veb baxış proqramlarının (veb brauzerlərin) keşini tez-tez təmizləyin; modem sazlamalarına daxil olduğunuz şifrəni dəyişin;

modem sazlamalarından DNS parametrlərinin dəyişdirilib-dəyişdirilməməsini dərhal yoxlayın; modemin veb interfeysinə girişini məhdudlaşdırın; ehtiyac olmadığı təqdirdə uzaqdan idarəetmə vasitələrini deaktiv edin; ehtiyac olduqda isə modemə kənardan daxil olan IP ünvanları məhdudlaşdırın.

Modemlərin təhlükəsizlik qaydalarına riayət etmədikdə böyük problemlərlə qarşılaşa bilərsiniz. Belə ki, marşrutizatorlarda təhlükəsizlik çatışmazlıqlarının mövcudluğu səbəbindən 2014-cü il mart ayının əvvəlində yüz minlərlə modem hücumlara məruz qalıb.






7 Mart, 2014  18:37 Baxılıb: 998 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner