Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda “Mertsişor” bayramı qeyd olunub

Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi “Fairmont Baku” hotelində moldavların ənənəvi “Mertsişor” milli bahar bayramına həsr olunmuş tədbir keçirib

Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İqor Bodyu tədbirin iştirakçılarına bu bayramın yaranması tarixindən, Moldovada onun necə qeyd olunmasından danışıb. Səfirin dediyinə görə, “Mertsişor” bayramı martın 1-də keçirilir. Həmin gün hamı bir-birinə ağ və qırmızı saplardan hörülmüş kiçik qönçə şəklində sancaq hədiyyə verir. Bu, yaxaya taxılan bəzək əşyası da “Mertsişor” adlanır. Ürəyində arzu tutub bu sancağı bir ay gəzdirdikdən sonra arzunun həyata keçməsi üçün onu bar verən ağaca bağlamalısan.

Əfsanəyə görə, mart ayının ilk günü gözəl Bahar meşə kənarında gəzərkən tikanlıqda qarın altında novruzgülünün necə baş qaldırdığını görür. O, çiçəyə kömək göstərməyi qərara alır və gülün ətrafını torpaqdan təmizləməyə, onu tikanlardan xilas etməyə başlayır. Bunu görən Qış qəzəblənir. Novruzgülünü məhv etmək üçün əllərini yelləyib soyuq qarlı küləyi çağırır. İncə çiçək sərt küləkdən solur. Amma Bahar əlləri ilə onun üstünü örtəndə tikan barmağına batır. Baharın yaralanmış barmağından düşən bir damla isti qan çiçəyi cana gətirir. Beləliklə, Bahar Qışa qalib gəlir. “Mertsişor”un rəngləri ağ qar üzərində həmin qırmızı qanın rəmzidir.

Tədbirdə “Mertsişor” bayramının Moldovada necə qeyd olunduğu haqqında sənədli film göstərilib.

Tədbir musiqi proqramı və Moldova şərablarının dequstasiyası ilə müşayiət olunub.

Tədbirdə diplomatik korpusun, Azərbaycan ictimaiyyətinin, moldav diasporunun və “Azərbaycan-Moldova” Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Günel







1 Mart, 2014  10:19 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner