Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gecə paytaxtda bir neçə ev və mağaza yanıb

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümümi sahəsi 36 kv.m  olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları yanıb. Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 330 kv.m olan üçmərtəbəli 7 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, evin 3-cü mərtəbəsinin dəhlizində 3 kv.m sahədə tavan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunaraq, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəzər rayonunda isə ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunaraq, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabunçuda isə  ümumi sahəsi 57 kv.m olan ərzaq mağazaısında yanğın baş verib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunaraq, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeronun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 32 kv.m olan mağazanın yanar konstruksiyaları, içərisinə yığılmış əşyalar, mağazaya bitişik olan ümumi sahəsi 150 kv.m olan kafenin lambirdən ibarət tavanı 50 kv.m sahədə və əşyaları qismən yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunaraq, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Simsar.az

 






1 Mart, 2014  09:55 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner