Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ƏLİ ƏLİYEVLƏ İSA QƏMBƏR BARIŞIB

“İsa Qəmbər münasibətlərdə milli maraqları üstün tutan siyasətçidir”

Siyasi partiyalara müxalifətin daha geniş müstəvidə əməkdaşlığı ilə bağlı müraciət edən Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyasının rəhbərləri bu gün «Qarabağ» siyasi blokunun təsisçiləri İlə görüşüblər. Bu barədə Simsar.az-a məlumat verən VİP sədri Əli Əliyev bildirib ki, yeni birliyin əldə olunması ilə bağlı görüşlər davam etdiriləcək.

Ə.Əliyev yaxşı münasibətlərdə olmadığı Müsavat Partiyası və Azərbaycan Milli İstiqlal Partiyası ilə də əməkdaşlıq etməyə hazır olduğunu deyib: «Milli maraqlar olan yerdə şəxsi münasibətləri kənara qoymalıyıq. Seçkidən sonra Müsavat başqanı İsa Qəmbərlə söhbətimiz olub. İsa Qəmbər münasibətlərdə milli maraqları üstün tutan siyasətçidir».

Ə.Əliyev bildirir ki, mövcud İctimai Palata müxalifətin maraqlarını ifadə etmir: «İctimai Palata seçkidən sonra yaranmış birlikdir. Və daha çox seçkidən əvvəl və sonra Müsavatla AXCP-nin birlik məsələsini kölgədə qoymaq üçün yaradılmış layihədir. Bu layihə özünü doğrultmur. Bu gün İctimai Palatanın daxilində ciddi ixtilaflar var. Palatanın daxilində də ziddiyyətli məqamlar çoxdur. Məsələn, Pənah Hüseyn deyir ki, ölkədə inqilab olmalıdır. Müsavat Partiyası isə inqilabı həyata keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Hacıbala Abutalıbov təbii ki, Müsavat Partiyasına deyəcək, inqilab-mitinqinin keçirilməsinə razı deyillər. Neçə illərdir, Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının təmin edilməsilə bağlı piketlər keçirib. Nəticəsi olmayıb. İndi də eyni üsuldan istifadə olunur. Ona görə də, təklif edirik fərqli addımlar atmalıyıq, əvvəlki səhvlərimizi təkrarlamamalıyıq».






1 Mart, 2011  22:32 Baxılıb: 1513 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner