Almaniyanın plagiatlıqda günahlandırılan müdafiə naziri Karl-Teodor tsu Quttenberq istefa verib.
Simsar.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb onun elmi dərəcə almaq üçün yazdığı dissertasiyanın əslində plagiat olduğunun üzə çıxmasıdır. Faktın aşkarlanmasından sonra nazirə elmi dərəcə vermiş universitet onu bu statusdan məhrum edib.