Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İctimai Palatanın iclasında mübahisə düşüb

Bu gün Azərbaycanın bir qrup müxalifət partiyası tərəfindən yaradılan İctimai Palatanın (İP) növbəti iclası keçirilir.

APA-nın məlumatına görə, iclasa İP Koordinasiya Şurasının (KŞ) üzvü, AXCP sədri Əli Kərimli sədrlik edir.

İclasda İP üzvlüyünə 35 nəfərin namizədliyi irəli sürülüb, onlardan 21-i üzvlüyə qəbul edilib. İP-nin yeni üzvləri arasında Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin xanımı Ayəndə Mürsəliyeva, Demokrat və Açıq Cəmiyyət Partiyalarında eks-spiker Rəsul Quliyevin müşaviri olmuş Zəminə Dünyamalıyeva da var.

İclasda Əli Kərimli KŞ-nin genişləndirilməsini və daha 7 nəfərin KŞ üzvlüyünə qəbul edilməsini təklif edib: “Biz bu məsələni ciddi müzakirə etmişik”. KŞ üzvlüyünə namizədlər KXCP-dən Ədalət Yusubov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, yazıçı-publisist Mehriban Vəzir, tanınmış jurnalist Şahvələd Çobanoğlu, İrəvan Azadlıq Təşkilatının keçmiş sədri Köçəri Nağıbəyli və politoloq Zəfər Quliyev olub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri A.Hacılı bunun əleyhinə çıxıb və KŞ üzvlüyünə namizədlərin müzakirə olunmadığını bildirib: “Koordinasiya Şurası öz tərkibinin genişləndirilməsi barədə qərar verə bilməz. Bu məsələ gündəlikdən çıxarılmalıdır”.

Mübahisə zamanı sabiq baş nazir Pənah Hüseyn Ə.Kərimlinin təklifini müdafiə edib: “Rauf Arifoğlu və Qənimət Zahidin namizədliyini mən irəli sürmüşəm”. A.Hacılı onun dediklərini demaqogiya adlandırıb.

Sonda müzakirələrə səsvermə nəticəsində yekun vurulub və 15 nəfər məsələnin müzakirəsinin dayandırılmasına qarşı çıxıb. Namizədlərin əleyhinə verilən səslərin sayı isə 5 olub. Bununla da KŞ üzvlərinin sayı 9-dan 16-ya qalxıb.

Səsvermədən sonra İP üzvü, tanınmış jurnalist Xaliq Bahadır məsələyə “Koordinasiya Şurasına elə adamlar üzv qəbul edilib ki, 18 ildə 100 yerə işləyiblər” - deyə münasibət bildirib. Mübahisələrə Müsavat başqanı İsa Qəmbərin müdaxiləsindən sonra yekun vurulub.

İP-nin üzvü Mustafa Hacıbəyli çıxış edərək İP KŞ-nin tərkibinin genişləndirilməsinə etiraz edib. O, bununla bağlı Koordinasiya Şurasına iradının olduğunu deyib: “O adamlar Koordinasiya Şurasına seçiləndə hansı prinsiplər əsas götürülüb? Pənah Hüseyn hansı qəzetin baş redaktoru ilə dostdursa, gətirib üzv edib. Hansısa baş redaktor ayda bir dəfə hansısa nazirlə görüşürsə, bu onun öz hüququdur. Ancaq belə bir adam mənim rəhbərim, yəni Koordinasiya Şurasının üzvü ola bilməz”.

Xaliq Bahadır isə “elə mən də onu deyirəm” söyləyib.

M.Hacıbəyli Şahvələd Çobanoğlunun adını çəkməsə də, “çıxmayan qəzetin redaktorunu da Koordinasiya Şurasına üzv olmasını düzgün hesab etmirəm” deməklə onun da üzvlüyünə etirazını bildirib: “Ümumilikdə Koordinasiya Şurası dostbazlıq edir”.

İclas davam edir.






27 Fevral, 2011  00:16 Baxılıb: 1635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner