Rusia polis dövlətinə çevrilir.
Moskvanın mərkəzində Polis dövlətinə yox şüarı ilə aksiya keçirilib. Puşkin meydanında keçirilmiş aksiyada 100-ə yaxın adam iştirak edib.
Aksiyaşılar baş nazir Vladimir Putin və daxili işlər naziri Rəşid Nurqaliyevin istefasını tələb ediblər.
Təşkilatçılar martın 1-dən qüvvəyə minəcək polis haqqında qanuna etiraz bildiriblər.
Müxalifət deyir ki, yeni qanun polisin səlahiyyətlərini həddən artıq artırır.