Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyə və Gürcüstan arasında viza rejimi ləğv edilir

Türkiyə və Gürcüstan vətəndaşları yaxın aylardan etibarən iki ölkəyə pasportla yox, şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər.

Türkiyənin diplomatik mənbələrindən APA-ya daxil olan məlumata görə, bu məsələ ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir. Hər iki ölkə vətəndaşlarının müvafiq icazə olmadan digər ölkədə yaşamaq hüququ isə 1 ilə çıxarılacaq.

Məsələnin həlli üçün Gürcüstan vətəndaşlarının şəxsiyyət vəsiqələrinə ad-soyadlarının latın hərfləri ilə yazılması kifayət edəcək. Hazırda Gürcüstanın müvafiq dövlət orqanları vətəndaşların şəxsiyyət vəsiqələrinə ad-soyadların latın hərfləri ilə yazılması məsələsinin həlli ilə məşğuldurlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vətəndaşlarının müvafiq icazə almadan Türkiyədə 3 ay yaşamaq icazəsi vardı. Azərbaycan vətəndaşları isə icazə almadan Türkiyəyə giriş tarixindən etibarən bu ölkədə 2 ay yaşaya bilirlər. Yaşamaq icazəsinin müddəti keçən vətəndaşlar polisə yaxalandıqda ölkədən deportasiya edilir və onların Türkiyəyə girişinə uzun müddətli qadağa qoyulur.






26 Fevral, 2011  18:32 Baxılıb: 1945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner