Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2030-cu ilədək dünyada ürək-damar və xərçəng xəstəliklərindən ölənlərin sayı artacaq

2030-cu ilədək dünyada ölümün iki əsas səbəbi olan ürək-damar və xərçəng xəstəliklərindən dünyasını dəyişənlərin sayı artacaq.

Simsar.az-ın Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadən verdiyi məlumata görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün əsas yeganə səbəbi olmaqda qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir. 

Ürək-damar xəstəliklərindən ölüm hallarının 82%-i aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə, qadın və kişilər arasında demək olar ki, bərabər səviyyədə baş verir. Bu xəstəlikdən daha çox həmin ölkələrdəki ən kasıb insanlar əziyyət çəkirlər.

Ürək xəstəlikləri və insult riskinin yaranmasının əsas faktoru düzgün qidalanmama, fiziki fəaliyyətsizlik və tütündən istifadədir. Belə hərəkət tərzi 80% hallarda ürəyin işemik və beyin damarlarının xəstəliyinə gətirib çıxarır. Digər faktorlar isə yoxsulluq və stress sayılır.

Ölümün əsas səbəblərindən biri olan xərçəngdən ölüm halları isə 2030-cu ilədək 11 milyona yüksələcək. Ölüm halları 20% hallarda aşağı və orta gəlir səviyyəsi olan ölkələrdən qeydə alınır. Ölümün səbəblərinin 30% hallarda qarşısını almaq olar.
Ölüm hallarının çoxu ağciyər, daha sonra mədə, bağırsaq, qaraciyər xərçəngindən baş verir.

Tütündən istifadə bu xəstəliyin riskini artırır. Alkoqoldan istifadə, pis qidalanma, fiziki aktivliyin olmaması da digər əsas faktorlardan hesab edilir.






26 Fevral, 2011  15:49 Baxılıb: 3470 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner