Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Strasburqda Xocalı soyqırım ilə bağlı mitinq keçiriləcəkdir

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburqdakı “Azərbaycan Evi” ilə birgə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı fevralın 26-da Strasburq şəhərində silsilə tədbirlər və “Xocalıya ədalət” kampaniyası çərçivəsində mitinq keçirməyi nəzərdə tutmuşdur.

ATXƏM-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə Strasburqda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirmişlər.

Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin deputatı Fuad Muradov və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev Strasburqa səfər etmişlər. Səfərin məqsədi Strasburq şəhərində keçiriləcək mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarətdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri fevralın 25-də Strasburqda yaşayan türk və Azərbaycan gənclərinin toplaşdığı COJEP-in (Plural Düsüncəli Gənclər Təşkilatı) mərkəzi ofisində olmuşlar. Görüşdə əsas müzakirə mövzusu Strasburqda yaşayan Azərbaycan və türk gənclərinin Xocalı mitinqində həmrəyliyinə nail olmaq və mütəşəkkiliyi təmin etmək olmuşdur.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının mərkəzi qərargahında qurumun insan hüquqları üzrə komissarının köməkçisi Bojana Urumova ilə görüşmüşlər. Görüşdə nümayəndə heyətinin üzvləri B.Urumovaya Dağlıq Qarabağ probleminin mahiyyəti, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün üzləşdiyi problemlər və onların pozulmuş insan hüquqlarını, eyni zamanda 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımla bağlı ətraflı məlumat vermişlər.

Nümayəndə heyətinin üzvləri Avropa Şurasının insan hüquqları üzrə komissarından bu məsələ ilə bağlı prinsipial mövqe tutmağı və Azərbaycanın haqq işinin müdafiə olunmasını xahiş etmişlər.

Görüşdə Avropa Şurasının insan hüquqları üzrə komissarının köməkçisi xanım B.Urumova komissarla birlikdə Azərbaycana növbəti dəfə səfər edəcəyini və bu məsələdə daim obyektiv olacağını bildirmişdir. Xanım B.Urumovaya Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını tanıdan geniş məlumat və materiallar təqdim olunmuşdur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Strasburqun Elzas bölgəsinin Aşağı Rena rayon baş konseyinin (icra hakimiyyəti) baş müsaviri, Fransa Yaşıllar Partiyasının həmin bölgə üzrə yerli nümayəndəliyinin rəhbəri xanım Andre Münxenbaxla da görüşmüşdür. Görüşdə əsas məqsəd Xocalı faciəsi ilə əlaqədar keçiriləcək tədbirlərin mahiyyəti haqqında yerli icra hakimiyyətinin məsul səxslərini məlumatlandırmaq, bir daha soyqırımın mahiyyəti haqqında onlara əlavə məlumatlar və materiallar təqdim etmək, nəzərdə tutulan mitinqdə mümkün qədər yerli hakimiyyət orqanlarının dəstəyini və razılıgını almaqdan ibarət olmuşdur.

Görüs zamanı faciənin canlı şahidi Cavid Əliyev Xocalı soyqırımı ilə bağlı geniş məlumat vermiş, təkzibolunmaz faktlarla bu hadisələrin gerçək bir soyqırımı olduğunu ortaya qoymuşdur. ATXƏM-in sədri İlham İsmayılov bir milyondan çox əhalisi olan Elzas bölgəsinin yerli icra hakimiyyəti, bələdiyyə və partiya rəsmisi kimi xanım A.Münxenbaxı qaçqınların vəziyyəti ilə tanış olmaq və əsl həqiqətləri öyrənmək üçün Azərbaycana dəvət etmişdir.

Azərbaycan nümayəndə heyəti, həmçinin Strasburqda fəaliyyət göstərən Strasburq Ailələr Birliyinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə Strasburqda keçiriləcək Xocalı mitinqində birgə fəaliyyətə dair məsələlər müzakirə olunmuşdur.

Görüşdə Strasburqda Xocalı mitinqində iştirak etmək üçün Ankaradan gəlmiş Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin köməkçisi, sabiq deputat Abbas Bozyel, eyni zamanda Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin, Strasburq Türk Ailələri Birliyinin sədri Celebi Qoçaq, qurumun İdarə Heyətinin üzvü Ayhan Sahan, sədrin müavini Osman Canlı da iştirak etmişdir.

Qeyd olunmuşdur ki, son illər Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı apardıqları birgə fəaliyyət dünyadakı erməni lobbisini narahat etmişdir. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər öz səmərəsini verməkdədir. Bunun əyani sübutu olaraq son illərdə çap olunmuş çoxsaylı nəşrlər Avropa əhalisinin və beynəlxalq təskilatların məlumatlanmasında əvəzsiz rol oynamışdır. Artıq Avropa dövlətləri də yaxşı başa düşürlər ki, ermənilərin törətdikləri bu faciələr insanlıqdan kənardır və heç bir hüquqi çərçivəyə sığmır.

Xatırladaq ki, fevralın 26-da Strasburqdakı Kleber meydanında Xocalı ilə bağlı möhtəşəm mitinq keçiriləcəkdir.






26 Fevral, 2011  04:24 Baxılıb: 1591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner