Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda mobil nömrələrin daşınması xidməti işə salınıb

Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) işə salıb.

Simsar.az xəbər verir ki, hazırda digər operatorların abonentləri Sim-kart və şəxsiyyət vəsiqəsini təqdim edərək abunə xidmətləri ofislərinə müraciət edə bilərlər. Xidmət fevralın 3-dən "Bakcell"in servis mərkəzlərində işə salınacaq.

Operatorun şəbəkəsinə miqrasiya edilən zaman SİM-kart dəyişdirilməlidir. "Azercell"in servis mərkəzlərində kartların dəyişdirilməsinin qiyməti 3,54 manat təşkil edəcək. "Bakcell" və "Azerfon" mərkəzlərində kartların dəyişdirilməsi pulsuz həyata keçirilir.

"Azerfon"dan bildiriblər ki, operator şəbəkəsinə miqrasiya edən abonentlər balanslarına 3 manatlıq danışıq müddəti və hər ay 30 dəqiqə alacaqlar.

Qeyd edək ki, digər operatorların şəbəkələrinə miqrasiya zamanı SİM kartın əvəz edilməsi tələb olunur. Bir şəbəkədən digərinə miqrasiya müddəti 6 gün təşkil edəcək. Xidmət data-kartlarda istifadə edilən SİM kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Simsar.az

 

 

 






1 Fevral, 2014  12:46 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner