Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

GUAM xarici işlər nazirlərinin 14-cü toplantısı keçirilib

Fevralın 24-də GUAM-ın Kiyev şəhərindəki katibliyində quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 14-cü iclası keçirilib.

APA-nın GUAM-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi toplantıda baş katib Valeri Çeçelaşvili təşkilatın 2010-cu ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Qurumda sədrlik Moldovaya keçib və bu ölkənin 2011-ci ildə sədrliyinin prioritetləri barədə məlumat dinlənilib.

Nazirlər GUAM-a üzv ölkələrin BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlığı barədə qəbul olunmuş planın həyata keçirilməsini də müzakirə ediblər.

Yığıncaqda həmçinin tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq, növbəti GUAM-ABŞ, GUAM-Yaponiya görüşlərinin milli əlaqələndiricilər səviyyəsində keçirilməsi müzakirə edilib.

Gürcüstanın BMT-nin Baş Assambleyasında “BMT ilə GUAM-ın əməkdaşlığı” adlı qətnamənin irəli sürülməsi barədə təşəbbüsü dəstəklənib.






25 Fevral, 2011  15:15 Baxılıb: 1387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner