Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafinin öldürtdüyü adamların sayı 1000 -i keçdi

Dikdator Nigerya və Qanadan muzdlu əsgərlər daşımaqdadır

Liviyada 45 min nəfərlik ordunun 40 mini prezident Müəmmər Qəddafinin əleyhdarlarının tərəfinə keçib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi bunun qarşılığında 44 vertolyotla paytaxt Tripoliyə Afrika ölkələrindən, əsasən Nigerya və Qanadan muzdlu əsgərlər daşımaqdadır. 

Qarşıdurmanın başladığı vaxtlarda Müəmmər Qəddafinin gündə adambaşına 500-2000 dollar verdiyi muzdlu əsgərlər indi adambaşına 18 min dollar alırlar. Artıq qarşıdurmalarda ölənlərin sayı 1000 nəfəri keçib.

Artıq Tripolidən 50 kilometr qərbdə olan Zaviyada bir binaya aksiyaçılar Müəmmər Qəddafidən öncəki monarxiya dönəminə aid olan bir bayraq sancıblar.

Müəmmər Qəddafi artıq Avropaya neft ixracını da dayandırıb. Müxalifət tərəfinə keçən ordu hissələri və polis isə paytaxt Tripoliyə tərəf irəliləməkdədir. Ölkənin şərqindəki tayfa liderləri Tripolini bu cümə fəth edəcəklərini və Müəmmər Qəddafinin işini bitirəcəklərini söyləyiblər.






24 Fevral, 2011  14:26 Baxılıb: 1487 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner