Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanın Liviyadakı səfiri: “Bu gün 12 soydaşımızı Liviyadan evakuasiya etməyi planlaşdırırıq”

Azərbaycanın Liviyadakı səfirliyi bu gün 12 soydaşımızı vətənə göndərməyə hazırlaşır. Bu barədə APA-ya Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat verib.

Onun sözlərinə görə, ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır: “Bir çoxları ölkəni tərk etməyə çalışır, buna görə də Tripoli hava limanı gərgin iş rejimində çalışır. Hələlik Liviyada olan Azərbaycan vətəndaşlarından baş verən hadisələrdə zərər çəkən yoxdur. Səfirlik ölkədən çıxmaq istəyən bütün soydaşlarımızı Vətənə göndərmək üçün lazımi səylər göstərir”.

Qeyd edək ki, səfirliyimiz əməkdaşlarının ailə üzvləri də daxil olmaqla Liviyada cəmi 20 Azərbaycan vətəndaşı var: “Biz vətəndaşlarımızı çıxarmaq üçün səylərimizi əsirgəmirik. Lakin aeroportda ölkədən getmək istəyən 4-5 min nəfər toplaşıb. Heç də bütün təyyarələrə uçuş icazəsi verilmir, hətta çarter reyslərinin hamısı həyata keçirilmir. Liviyadakı MDB ölkələrinin səfirlikləri belə razılığa gəlmişik ki, vətəndaşlarımızın Liviyadan çıxarılması prosesini birlikdə həyata keçirək. Əgər təyyarələrin havaya qalxmasına icazə verilsə, bəlkə bu gün 12 Azərbaycan vətəndaşını ölkəmizə göndərə bildik”.

Ağasəlim Şükürov bildirib ki, bu gün Rusiya və Ukrayna Fövqəladə Hallar nazirliklərinin 4-5 təyyarəsinin və Türkiyənin iki gəmisinin Liviyaya gələcəyi gözlənilir: “Vətəndaşlarımız ilk fürsət düşən kimi Moskva, Kiyev və ya İstanbul vasitəsilə Azərbaycana göndəriləcəklər”.






23 Fevral, 2011  18:19 Baxılıb: 1378 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner