Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Las-Veqasda illik “CES” sərgisi

Simsar.az xəbər verir ki, yanvarın 7-də ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri hesab edilən “Consumer Electronics Show 2014” (CES) sərgisi start götürür.

Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.

Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidən ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərinin nümayişi üçün istifadə edirlər.

“CES 2014”-də ekspozisiyalar üç əsas zalda və açıq meydançada yerləşdirilib. “North Hall” zalı iştirakçıları avtomobil elektronikası, ev texnikası, sağlamlıq vəziyyətinə və idmanla məşğul olmaya nəzarət sistemləri və aksesuarlarla tanış edir.

“South Hall” rəqəmli təsvirin emalı, internet-texnologiyalar bazasında multimedialar, telekommunikasiya qurğuları, ev, oyunlar və simsiz həllərin vahid şəkildə idarə olunması sistemləri üçün geniş seçimli müxtəlif avadanlıqlar təklif edir, eləcə də biometriya, robotların yaradılması və nanoişləmələr sahəsində nailiyyətləri nümayiş etdirir. Bundan başqa, sərgidə qurğuların ehtiyat hissələrinə və digər innovasiyalara həsr olunan stendlər görmək mümkündür. Mərkəzi zalda kontentin ötürülməsi və yaradılması vasitələri, əyləncə, audio və videotəchizat elektronikası, o cümlədən portativ qurğular yer alıb.

“CES 2014” sərgisinin nəzərəçarpacaq elementlərindən biri “CES TechZones” 20 tematik bölməsidir. Bu, öz-özlüyündə bir çox ideyaları özündə birləşdirən “texnoloji inkubatorlar”dır. Sözügedən texnologiyalar əsas ekspozisiyaların yaxınlığında yerləşir və hər bir kateqoriya üzrə yeniliklər nümayiş etdirir.

Sərgidə ayrıca zalla “Apple” (iLounge), “ZigBee”, “Qualcomm”, “MEMS”, “G.hn” şirkətlərinin məhsulları, eləcə də analar (MommyTech) və uşaqlar (Kids@Play) üçün nəzərdə tutulan mallar təqdim olunacaq. Bununla yanaşı, meydançanın bir hissəsi ekoloji həyat tərzi və maşınların təhlükəsiz idarə olunması mövzularına həsr ediləcək.

Sərginin bir seqmenti də mobil əlavələrə həsr olunub. Belə ki, daha perspektivli əlavələr müsabiqənin finalına çıxaraq xüsusi mükafatlara layiq görüləcək.

Qeyd olunanlarla yanaşı, sərgi çərçivəsində tanınmış ekspertlərin və dünya brendlərinin nümayəndələrinin iştirakı ilə rəngarəng konfrans proqramları planlaşdırılıb.

Aynur







7 Yanvar, 2014  14:34 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner