Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple”ın baş direktoru 2013-cü ildə 4,25 milyon dollar qazanıb

Simsar.az xəbər verir ki, ABŞ-ın “Apple” şirkətinin baş direktoru Tim Kuka 2013-cü il ərzində edilən ödənişlərin məbləği 4,25 milyon dollar təşkil edib. Bu barədə “Apple” tərəfindən ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edilən sənədlərdə deyilir.

T.Kukun gəlirlərinə 1,4 milyon dollar məbləğində əməkhaqqının baza hissəsi və 2,8 milyon dollar məbləğində bonus daxildir. Simsar.az-n xarici KİV-ə istinadən verdiyi məlumata görə, 2012-ci ildə baş direktor 4,2 milyon dollar qazanıb.

Şirkətin sənədlərində “Apple” top-menecerliyinin hər rəhbərinə ödənilmiş 2,6 milyon dollar məbləğində kompensasiya da öz əksini tapıb.

Yuxarıda göstərilən sənədlərdən, həmçinin şirkətin səhmdarlarının illik iclasının fevralın 28-də keçirilməsi məlum olub. İclas çərçivəsində səhmdarlar investor Karl İkanın 2014-cü ildə səhmlərin alışı üzrə proqramın həcminin 50 milyard dollaradək artırılması ilə bağlı təklifini müzakirə edəcəklər.

2012-ci ilin noyabrında “Apple” 2015-ci ilin dekabrınadək səhmdarlara 3 illik müddətə nəzərdə tutulan kapitalın qaytarılması proqramını elan edib. 2013-cü ilin aprelində proqramın həcmi iki dəfədən çox – ilkin 45 milyard dollardan 100 milyard dollaradək artırılıb. Proqrama həm səhmlərin geri alınması, həm də dividendlərin ödənilməsi daxildir.

Aysel Kərimova






29 Dekabr, 2013  11:44 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner