Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BƏƏ rəsmi orqanları Xocalı soyqırımı ilə bağlı məlumatlandırıb

Xocalı soyqırımı ilə bağlı ətraflı materiallar parlament sədrinə, Dubayın şeyx aparatı rəhbərinə və İnsan Haqları İnstitutuna göndərilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Xocalı Soyqırımının 19-cu ildönümü ərəfəsində milli, xeyriyyəçilik və islam məsələləri üzrə nazir Hamad Bin Əl-Şeyx Əhmıd Əl-Şaibani ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin digər rəhbər vəzifəli əməkdaşlarının da iştirak etdiyi görüşdə Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində açdığı ağrılı izlər, eyni zamanda xüsusi olaraq Xocalı soyqırımı haqqında məlumat verilib. 


Görüşdə Xocalı soyqırımının əsrin ən böyük cinayətlərindən biri olduğu, bu faciənin bütün dünyada tanınması və qəbul edilməsinin vacib olduğu vurğulanıb. Samir İmanov Hamad Bin Əl-Şeyx Əhmıd Əl-Şaibaniyə Azərbaycanın xəritəsi üzərində erməni işğalçılarının Dağlıq Qarabağ və ətraf ərazilərdəki rayonları zəbt etməsi barədə tarixi ardıcıllıqla məlumat verib. Cəmiyyət sədri ermənilərin tarixi Azərbaycan ərazilərinə sonradan və hansı şəraitdə köçürülməsi haqda da danışıb. Sonra Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, “Armenian terror”, Azərbaycan haqqında məlumatlardan ibarət kitablar, o cümlədən küveytli müəllif Adil Al-Fallahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabı nazirliyin kitabxanasına hədiyyə edilib.

Görüşdə Azərbaycanın dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, diasporumuzun dünyada getdikcə inkişaf edərək güc və söz sahibinə çevrilməsi barədə də danışılıb. Dubayda nəşr olunan “AL-BAYAN”, “AL-KHALEEJ”, “AL-ETTIHAD” və digər qəzetlərdə görüş barədə ətraflı yazılar dərc olunub.

Azərbaycan Cəmiyyətinin sədri Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində təbliğat və məlumatlandırıcı xarakter daşıyan daha bir görüşü Ticarət və Sənaye Palatasında keçirib. Dubay Ticarət və Sənaye Palatasının baş müşaviri Nizar Sardast və hüquq idarəsinin rəisi Hussam Talhini ilə görüşdə Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumat verilib. Nizar Sardast və Hussam Talhini Azərbaycan, Qarabağ haqqında daha öncə bu qədər məlumatlı olmadıqlarını bildiriblər və ətraflı məlumata görə diaspor təşkilatının rəhbərinə təşəkkür ediblər.

Dubay Ticarət Sənaye Palatasının kitabxanasına da Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, “Armenian terror” kitabları və Azərbaycanla bağlı rəmzi suvenir hədiyyə edilib. Xocalı soyqırımı ilə bağlı ətraflı materiallar parlament sədrinə, Dubayin Seyx aparatı rəhbərinə və İnsan Haqları İnstitutuna da göndərilib.






22 Fevral, 2011  21:56 Baxılıb: 1558 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner