Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbərdən Mirmahmud Mirəlioğluna sayğısızlıq

Xəzər Teyyublu: “Müsavat ideologiyasını daşıyanların Müsavat Partiyasının 100 illik yubileyinə dəvət olunmamamasını həmin tədbirin qüsuru"

“Müsavat ideologiyasını daşıyanların Müsavat Partiyasının 100 illik yubileyinə dəvət olunmamamasını həmin tədbirin qüsuru hesab edirəm”. Bunu Simsar.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib. KXCP-nin Müsavatın 100 illik yubiley tədbirinə dəvət olunmamasına münasibət bildirən X. Teyyublu deyib ki, əsrin sonunda Elçibəyin başçılığı ilə Müsavat ideologiyası hakimiyyətə gətirilir: “Ona görə də KXCP üzvləri Azərbaycanda bir nömrəli müsavatçı hesab olunurlar. Belə tədbirə dəvət olunmamağımızı təəssüf hissi ilə qarşılayırıq. Müsavat ideologiyasını daşıyanların dəvət olunmamamasını mən həmin tədbirin qüsuru edirəm. Çağırmayıblar, Allah canlarını sağ eləsin”.

Sədr müavini KXCP-nin də fevralın 16-da yubiley tədbiri keçirdiyini və yaxın günlərdə yenə bununla bağlı tədbir təşkil edəcəklərini deyib: “Yəqin ki, yaxın günlərdə də gənclərlə tədbir keçirməyi planlaşdırırıq. Biz fərq qoymuruq. Bütün Rəsulzadə irsinin davamçılarını, ziyalılarımızı orada görmək istəyirik.”

Müsavatla münasibətlərinin pozulub-pozulmamasına gəlincə isə sədr müavini qeyd edib ki, iqtidara qarşı müxalifətdə, Bütöv Azərbaycan uğrunda mübarizədə bütün siyasi təşkilatlarla həmişə əməkdaşlıq edəcəklər: “Bu məsələ də münasibətlərimizi pozmur. Sadəcə dostyana təəssüfümüzü bildiririk ki, Mirmahmud Mirəlioğlunun o tədbirdə iştirakı birinci lazım idi. Bu təşkilat Elçibəyin təşkilatı idi və bu təşkilatın Müsavatın 100 illiyinə dəvət edilməməsi Müsavat üçün qüsur hesab olunur”.






21 Fevral, 2011  23:33 Baxılıb: 1492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner