Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple” planşet bazarında liderlik edir

Yaxın gələcəkdə planşet kompüter almağa hazırlaşan istehlakçıların əksəriyyəti “iPad” modelinə üstünlük verir. Statistika “Change Wave” şirkətinin analitikləri tərəfindən 2500 istifadəçi arasında keçirilən sorğu zamanı məlum olub.

Simsar.az 3DNews-a istinadən məlumat verir ki, rəyi soruşulanların 13 %-i yaxın 90 gün ərzində planşet almağı düşünür. Onların 27 faizi “Apple” şirkətinin istehsalı olan modeli seçməyə hazırdır. “iPad Air”və“Retina” displeyli “iPad mini” satışa çıxarılmamışdan əvvəl keçirilən sorğuda “iPad” almaq istəyən alıcılar üzrə göstərici 55 % təşkil edib.

Üç ay ərzində planşet almaq niyyətində olan istifadəçilərin 9 faizi "Samsung Galaxy” qurğularını seçib. Avqustda keçirilən sorğu ilə müqayisədə “Galaxy” model sırası tərəfdarlarının sayı 4 % azalıb. “Google Nexus” modeli istifadəçilərin 9 %-nin səsini qazanıb, halbuki bir neçə ay əvvəl bu göstərici 12 %-ə bərabər olub.

“Amazon Kindle Fire” planşet modelinin potensial alıcılarının planşet almağı düşünən ümumi insanların sayında göstəricisi 6 %-dən 5 %-dək aşağı düşüb. “Microsoft Surface” modelləri isə əksinə, reytinqini 7%-dən 8 %-dək möhkəmlədib.

“iPad” sahibi olmaq arzusunda olan respondentlərin təxminən 55 %-i “iPad Air” modelinə üstünlük verir. Sorğu iştirakçılarının 16 faizi ikinci nəsil “iPad mini”yə maraq göstərdiyini bildirib. “Retina” displeyi olmayan “iPad 2”və“iPad mini” modellərinin göstəriciləri müvafiq olaraq 7 və 5 %-ə bərabərdir. İstifadəçilərin daha 17 %-i “Apple” şirkətinin istehsalı olan qurğuların modifikasiyaları ilə bağlı fikrini tam qətiləşdirməyib.

Simsar.az






16 Dekabr, 2013  20:06 Baxılıb: 3464 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner