Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gələn il rəqəmsal yayıma keçirik

”Azərbaycanda rəqamsal yayıma keçidlə bağlı məsələlər 2014-cü ildən müzakirə ediləcək”

Simsar.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev jurnalistlərə deyib. Q.Cəbiyev bildirib ki, MDB ölkələri artıq rəqamsal yayıma keçidlə bağlı hədəflərini elan ediblər: “MDB ölkələri 2015-ci ildə tam olaraq rəqəmsal yayıma keçəcəklər. Azərbaycanın televiziyalarının kadr və texniki potensialı imkan verir ki, biz MDB ölkələrindən daha tez rəqəmsal yayıma keçəcək”.

Q.Cəbiyev qeyd edib ki, Azərbaycanda analoq yayımı dayandırmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur: “Birdən-birə analoq yayımı dayandırmaq olmaz. Ona görə bu proses paralel şəkildə həyata keçirilir. Bizi hazırda düşündürən məsələ odur ki, əhalinin hamısında müasir televizor varmı? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda 132 min aztəminatlı ailə var. Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 ABŞ dollarıdır. Yəni, 132 min ailənin həmin cihazla təmin etmək üçün 5 milyon 300 min manat vəsait lazımdır. Bu isə dövlətimiz üçün elə böyük vəsait deyil”.

MTRŞ-nin sədr müavini onu da vurğulayıb ki, həmin vəsaitin dövlət tərəfindən ödənilməsi ilə bağlı MTRŞ prezident İlham Əliyevə müraciət edib.

 






13 Dekabr, 2013  12:20 Baxılıb: 1385 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner