Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Liviya boğulur

Liviyanın böyüklüyünə görə ikinci şəhəri Benqazidə silahsız kütlənin gülləbaran edilməsi nəticəsində 60 nəfər ölüb. Bunu CNN telekanalının canlı efirində etiraz aksiyasının qadın iştirakçılarından biri deyib. “Əsgərlər bizə qışqırdılar ki, “Biz sizinləyik! Qorxmayın!”. Sonra yaxına gəldilər və birbaşa atəş açmağa başladılar”, - deyə qanlı hadisələrin şahidi bildirib:

“Dünyaya, ABŞ-a üz tuturuq - xahiş edirik, bizə kömək edin. Qorxuruq ki, onlar yenə nəsə düşünərlər. Amma bizim müdafiə olunmaq üçün silahımız yoxdur. Yalnız azadlıq istəyirik, heç vaxt malik omladığımız azadlığı. Pis çox pis yaşayırıq, bərbad məktəblər, xəstəxanalar”. Qadının sözlərinə görə, dünən günün ikinci yarısında silahsız kütlənin atəşə tutulması nəticəsində azı 60 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb.

CNN-in məlumatına görə, hazırda şəhərdə sakitlikdir, atəş açılmır. Lakin etiraz aksiyasının iştirakçıları da dağılışmayıblar. Qətərin “Əl Cəzirə” telekanalı isə məlumat yayıb ki, Benqazidə vəziyyət nəzarətdən çıxır. Məlumatda deyilir ki, sakinlərin üsyanının qarşısını almaq üçün göndərilmiş əsgərlər onların tərəfinə keçir. Bütün polis məntqəələri yandırılıb, asayiş keşikçiləri silahı yerə qoyublar.

Xaricdəki Liviya mərkəzlərinin məlumatına görə, hava qaralana yaxın hakimiyyət silahsız kütləni atəşə tutmaq üçün helikopterlərdən istifadə edib.






20 Fevral, 2011  16:30 Baxılıb: 1489 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner