Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternetdə bunları etməyin

Mütəxəssislər istifadəçilərə internet məkanında bunları etməməyi məsləhət görürlər

İnternet bir çox işimizə yarayan, əyləncəli bir məkandır. Ancaq bu rəngarəng dünyanın kiçik xətalarımıza görə başımızın ağrımasına səbəb ola biləcəyini unutmamalıyıq. Ona görə, aşağıdakıları etməmək məsləhətdir:

1. Şəxsi məlumatlarımızı dəyərsiz hesab etmək. Google və Facebook kimi şirkətlər öz xidmətlərini, əslində, pulsuz təklif etmirlər. Hər bir qeydiyyatdan keçən istifadəçiyə müxtəlif reklamlar göstərilir. Həmin reklamlar şəxsi məlumatlar hesabına reallaşır. Buna görə də, şəxsi məlumatlarımız heç də dəyərsiz deyil.

2. Təhlükəli vasitələrlə məlumatlarımızı göndərmək. Yadda saxlayın! Şifrəsiz Wi-Fi xətləri vasitəsilə kompüterinizi izləmək mümkündür.

3. Şəxsi məlumatlarınızı brauzerdə açıq qoymaq. İnternetdə uzun müddət vaxt keçirmək brazuerimizin bizə aid məlumatlarla zəngin bir vasitəyə çevrilməsinə şərait yaradır. Buna görə də, kompüterinizdən istifadə edən istənilən şəxs sizə aid məlumatları asanlıqla ələ keçirə bilər.

4. İnternetdəki fayllarınızı depolamaq. Facebook, Google və s. bu kimi xidmətlərdə paylaşdığımız fotolar və digər faylları depolamaq lazımdır. Hazırda Facebook bütün fayllarımızı yükləməyə imkan verir. Ancaq “Megaupload” kimi, nəhəng sosial şəbəkənin də gələcəkdə xidmət sistemində dəyişiklik etməsi mümkündür. Buna görə, faylların itməməsi üçün kompüterin hard diskində fayllarınızı depolayın.

5. Anonim olduğunuzu düşünmək. İnternetdə anonim olmaq mümkündür. Ancaq bu çox çətin məsələdir. Belə ki, sizin istifadə etdiyiniz ləqəblər bütün platformalarda eynidirsə, Google-da sadə bir axtarışla əslində kim olduğunuzu müəyyən etmək mümkündür.

6. Check-in etmək (Olduğunuz yeri qeyd etmək). Foursquare, Gowalla ve Facebook kimi xidmətlərdə olduğunuz yeri bildirərkən diqqətli olun. Əks halda, oğruları evinizə dəvət edə bilərsiniz.

Vüsal Məmmədzadə






9 Dekabr, 2013  18:03 Baxılıb: 1105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner