Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İran Azərbaycan ilə kosmik rabitə sahəsində əməkdaşlıq etmək niyyətindədir

İran Azərbaycan ilk peyk rabitəsi "Azerspace"in tutum həcmlərinin icarəyə verilməsi məsələsinə baxmağa hazırdır.

Bu barədə cümə günü Bakıda İranın rabitə naziri Rza Tağıpur deyib. Onun sözlərinə görə, peykin resursları İranın çətinliklə gedilə bilən rayonlarında informasiya xidmətlərinin verilməsi və rabitə əlaqəsi xidmətləri üçün istifadə edilə bilər. Bu məsələ bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla keçirilən görüş zamanı müzakirə edilib.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayım xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Buraxılması 2012-ci ilin sonuna nəzərdə tutulan peykin tutumunun bir hissəsinin icarəyə verilməsi planlaşdırılır.

Azərbaycanla telekommunikasiya sahəsində əməkdaşlıq məsələsinə toxunan nazir qeyd edib ki, bu gün Azərbaycan vasitəsilə trafikin tranziti nəticəsində İran daxil olan trafikin həcmini iki dəfə artıra bilib. Onun sözlərinə görə, İranın daxilində internetin yüksək sürətinə nail olmaq üçün intranet-şəbəkə fəaliyyət göstərir. Bu, məlumatların ötürülmə sürətini xeyli artırmağa və xarici kanallardan asılılığı azaltmağa imkan verir ki, nəticədə xeyli dərəcədə qənaət etməyə səbəb olur.

Nazirin sözlərinə görə, Bakıda danışıqlar zamanı poçt rabitəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, İran vasitəsilə Fars körfəzi ölkələrinə və Azərbaycan ərazisi vasitəsilə şimal istiqamətində poçt köçürmələrinin tranziti məsələsinə baxılıb. "Tərəflər beynəlxalq rabitə kanallarının buraxılış qabiliyyətinin artırılması imkanlarına və tariflərin azaldılmasına da baxıblar. Bu məsələlər üzrə artıq ilkin razılıq var", - Tağıpur qeyd edib.

Danışıqlar zamanı elektron hökumətin yaradılması mövzusuna da toxunulub. İran nazirinin sözlərinə görə, İslam Respublikasının əhalisinə 500-ə yaxın elektron xidmət göstərilir. Onların sırasında internet-bankinq, elektron ticarət, məsafəli təhsil və b. var.






19 Fevral, 2011  00:57 Baxılıb: 1657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner