Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple” smartfonların buraxılışını 25 faiz artırdı

2013-cü ilin üçüncü rübünün yekunları üzrə “Apple” şirkəti 33,8 milyard müxtəlif növ "iPhone” smartfon modeli buraxıb ki, bu da bir il əvvəlki göstəricidən 25,7 faiz çoxdur. Simsar.az-ın məlumatına görə, bu barədə “Digitimes Research” şirkəti analitiklərinin hesabatında deyilir.

Ekspertlərin sözlərinə görə, "iPhone 5c” modeli qiymətin məhsuldarlığa olan aşağı nisbətinə görə qabaqcıl "iPhone 5s” modelindən pis satılır. ABŞ istehsalçısı köhnə modelləri bazarda saxlamaq qərarına gələrək iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün onların qiymətini aşağı salıb.

Bunun nəticəsində “iPhone”un orta dəyəri üçüncü rübdə 577,2 dollara – rekord aşağı səviyyəyə enib və şirkət mobil biznesin rentabelliyinin zərərinə olaraq daha çox telefon satmaq qərarına gəlib.

“Digitimes Research” nümayəndələri güman edir ki, 2013-cü ilin sonuncu rübünün yekunları üzrə “Apple” yeni modellər sayəsində smartfonların satış həcminə görə rekorda imza ata bilər. Lakin buna baxmayaraq şirkətin inkişaf etməkdə olan regionlarda zəif mövqeyə malik olması səbəbindən bazar payını genişləndirməsi inandırıcı görünmür. Belə ki, bu regionlarda “iPhone 5c” modelinin qiyməti əvvəlcədən nəzərə tutulduğu kimi ucuz hesab edilmir. Məsələn, Çində bu qurğunun qiyməti 700 dolları ötür. Məhz Çin “Apple”ın potensial artımı hesab olunur. ABŞ istehsalçısı artıq ölkənin mobil telefon istifadəçilərində payı 70 faiz təşkil edən yerli "China Mobile” operatoru ilə saziş imzalayıb.

Aysel Kərimova







29 Noyabr, 2013  20:40 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner