Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gələn ildən LCD TV-lər azalacaq

2014-cü ildə ölçüsü 9 düym və daha yuxarı olan iriölçülü “TFT LCD” panellərinin tədarük həcmi 675 milyon ədədə çatacaq. Simsar.az-ın məlumatına görə, bu bir il əvvəllə müqayisədə  1,4 faiz azdır. Tədarük həcminin azalmasına baxmayaraq buraxılan panellərin sayı 4,1 faiz artacaq, halbuki 2013-cü ildə bu müsbət dinamika 2 faizə bərabər olacaq. Bunu “Digitimes Research” şirkətinin analitikləri proqnozlaşdırır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, maye-kristal panellərin istehsalı illik hesablamada yalnız 0,7 faiz yüksələcək. Bununla yanaşı, “Ultra HD” formatlı televizor panellərinin tədarük həcmi 15,3 milyon ədəd təşkil edərək 2013-cü ilin göstəricisini 400 faiz ötəcək.

Bu il “LCD” televizorların panellərlə müqayisədə az buraxılacağı gözlənilir. Ekspertlərin proqnozuna görə, bu həcm uyğunsuzluğu 2014-cü ildə qorunub saxlanacaq.

Monitor və noutbuklar seqmentində azalma proqnozlaşdırıldığı halda monoblok kompüterlər üçün panel istehsalçıları həcmi cüzi genişləndirə biləcək. “IHS” analitik agentliyinin məlumatına görə, 2013-cü ilin ilk doqquz ayı ərzində monitor və noutbuklar üçün panellərin tədarükü müvafiq olaraq 121,5 və 140,6 milyon ədədə bərabər olub ki, bu da ötən ildə qeydə alınan 135,5 və 174,9 milyon ədədlik göstəricidən 10 və 20 faiz azdır.

7-8,9 düymlü “TFT LCD” panellərin tədarükü gələn il 4,6 faiz artacaq.

Aysel Kərimova







29 Noyabr, 2013  18:51 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner