Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Ali məktəblərdə və kollecdə yoxlamalar başlandı

Təhsil Nazirliyində Bakı Biznes Universitetində, Azərbaycan Milli Konservatoriyasında və Şəki Pedaqoji Kollecində 2010-cu ilin noyabr və dekabr aylarında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda komissiya sədrləri çıxış edərək yoxlamaların nəticələrini elan edib. Hər 3 təhsil müəssisəsi üzrə komissiyaların sədrləri bildiriblər ki, təhsil müəssisələrində tədrisin təhsil proqramları əsasında təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Komissiya sədrləri özünütəhlil hesabatlarının nəticələri və tələbələrin müvəffəqiyyət göstəriciləri, professor-müəllim heyətinin sayı, yaş tərkibi haqqında da məlumat veriblər. 

Bundan başqa, tədris ocaqlarında ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəriciləri qeyd edilib, komissiyanın tövsiyə və təklifləri nəzərə çatdırılıb. İclasda Akkreditasiya Şurası tərəfindən Bakı Biznes Universitetində 6, Azərbaycan Milli Konservatoriyasında 7, Şəki Pedaqoji Kollecində isə 3 ixtisasın akkreditə edilməsinə dair qərar qəbul olunub.






18 Fevral, 2011  17:15 Baxılıb: 1749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36