Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pariklər də “ağıllandı”

“Sony” şirkəti ABŞ-ın Patent bürosuna (USPTO) “ağıllı parik (SmartWig)”lə bağlı ərizə göndərib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu aksessuar “ağıllı saat” və “ağıllı eynək”lə eyni funksiyalara malikdir. Saçın içinə GPS, kamera, Bluetooth, Wi-Fi, təzyiq və bədən hərarətini ölçən cihaz yerləşdirmək olar. “SmartWig” adi saç kimi görünür. Onun içində olan cihazlar saçın altında görünmür. Parik təbii və süni saçlardan, yundan, at tükündən və lələklərdən hazırlana bilər. 
“Sony” şirkəti onu da qeyd edib ki, “SmartWig” görünüşünə görə digər pariklərdən seçilmədiyi üçün onun istifadəsi çox rahatdır. Şirkətinin nümayəndəsi Saori Takahasi bildirib ki, hələlik 3 parik hazırlanıb. Onların hərəsinin isə öz məqsədi var : “naviqasiya”, “tibbi” və “təqdimat”. “Naviqasiya pariki” hərəkətin istiqamətini göstərir. Bu parikdən kor insanlar da istifadə edə bilərlər. GPS və kamera vasitəsiylə şəxsin qohumları onun harda olduğu haqda məlumat ala bilərlər. “Tibbi parik” xüsusi ölçmə cihazları ilə hərarəti, təzyiqi və nəbzi ölçə bilir. Bu məlumatı GPS vasitəsilə istifadəçinin həkiminə göndərmək mümkündür. “Təqdimat pariki”isə slaydları dəyişmək üçün lazerli göstərici və uzaqdan idarəetməni təmin edir.

Mələk Abbaszadə






29 Noyabr, 2013  10:13 Baxılıb: 1504 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner