Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Nokia” səhmlərini satır

“Nokia” səhmdarları telefon biznesinin satılmasını təsdiq ediblər

Simsar.az xəbər verir ki, “Nokia” şirkətinin səsvermədə iştirak edən səhmdarları “Devices & Services” bölməsinin “Microsoft” korporasiyasına satılmasına dair sazişi yekdilliklə bəyəniblər. Smartfon istehsalı üzrə biznesin “Microsoft” korporasiyasının ixtiyarına verilməsinə görə səhmdarlar toplantısında iştirak edənlərin 97 faizi buna səs verib.
ABŞ korporasiyası indi yalnız müxtəlif ölkələrin antiinhisar orqanlarının qərarını gözləməlidir.
Dəyəri 5,44 milyard avro qiymətləndirilən sazişin 2014-cü ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sazişə görə, “Nokia”nın 32 min əməkdaşı “Microsoft”un sərəncamına keçəcək, Stiven Elop baş direktor vəzifəsini, eləcə də Direktorlar Şurası üzvlüyünü tərk edəcək və “Devices & Services” bölməsinin vitse-prezidenti vəzifəsini tutacaq.

“Microsoft” korporasiyası “Nokia” brendindən 10 il müddətinə istifadə etmək hüququ qazanıb, lakin bu yalnız adi mobil telefonlara şamil olunur. Eyni zamanda ABŞ korporasiyası “Asha” və “Lumia” ticarət markalarına patent hüququ əldə edib. Öz növbəsində Finlandiya şirkəti smartfonların hazırlanması və istehsalı əvəzinə “Here” geolokasiya xidmətinin inkişafı ilə məşğul olacaq.


Aynur







20 Noyabr, 2013  11:59 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58

sagbanner