Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Mövhumatdan uzaq “Qədəmgah”

İmamlara olan möhtəşəm məhəbbət 

«Qədəmgah» pirinin rəhbəri seyid Mir Aslan Ağadır. Buranın Daş kitabəsində yazılan tarixə əsasən Hicri-Qəməri tarixzinin 628-ci ilində Usta Əli tərəfindən inşa olunub. El arasında isə bu zhiyarətgah «Əli ayağı» Adı ilə məşhur olub. Ziyarətgahda Həzrəti Əli (ə)-ın atının nalının izi daşın üzərinə düşüb. 
Ziyarəgah Bakının Ən qədim kəndlərindən biri olan Zığda yerləşir. Sakinlərin və müsahiblərimizin sözlərinə görə, Zığ kəndi çox qədim kənddir. Bunu kənddə olan dini, tarixi abidələr də sübut edir.
Kənddə Həzrəti Əli aşiqləri həmişə olub. Ziyarətgahda isə ta qədimdən müxtəlif dini tədbirlər keçirilib. Bu tədbirlərdən biri də Əli süfrəsi adlanan tədbirdir. Bəzi digər Bakı kəndlərində də bu tədbirlər keçirilir. Amma burada təşkil olunan «Əli süfrəsi» daha gözəl, təmtəraqlı olur. Tədbir səhərdən başlayaraq axşam vaxtına qədər davam edir. Adətən duaları qəbul olan insanların ziyarətgaha öz nəzirlərini gətirirlər və bu məclislər təşkil olunur. «Əli süfrəsi» il ərzində 3-4 dəfə təşkil olunur. Məclisdə Həzrəti-Əlinin şəninə ilahilər. Bundan əlavə ehsan verilir və Əl-Əta surəsi oxunur. Müsahibimizin sözlərinə görə, məclis bitdikdən sonra iştirak edənlərin hamısına şirniyyat, noğul ərməğan edilir. Bütün bunlar isə insanların öz imamalarına yəni Həzrəti Əli (ə)-a olan məhəbbətdən yaranıb.

Piri sökmək istədi, xəstəxanaya düşdü

İnasanların «Qədəmgah» pirinə olan inancları sonsuzdur. Övladlarını əsgər yola salanlar onu bu ziyarətgahdan yola salar, Allahdan onun sağ-salamat qayıtmasını istəyərlər. Övladı olmayan ana bu pirdə Allahdan övlad istəmiş, çox keçməyib onun duası qəbul olub. Bəldəçimiz isə deyir ki: «Hətta çox uzaq yerlərdən bu ziyarətgaha gəlirlər. Deyirlər ki, yuxuda buranı görmüşük. Gəlib ziyarət edib gedirlər. Bildiyimə görə keçmiş sovet dövründə, məscidlərin, pirlərin söküldüyü bir vaxtda bu ziyarəgahın da sökülməsi üçün fərman verilib. Bu fərmanı icraçısı Moskvadan Bakıya qədər gəlib. Piri sökəcəkləri gün həmin adamın ürəyində ağrılar yaranıb və onu təcili xəstəxanaya çatdırıblar. Bu hadisədən sonra həmin şəxs özü də bu pirin sökülməsinə razı olmayıb. Ümumiyyətlə bir yerdə ki, Allahın adı çəkilirsə, Allaha, peyğəmbərə, imamlara xatir nə isə olursa əlbbəttə ki, həmin yerdə Allahın özünün nəzəri olur. Allahın nəzəri olan yerdə insanlar kəramət də görərələr, şəfaət də taparlar ». Bəli məhz bu pir də insanların kəramət gördüyü, şəfaət tapdığı bir ocaqdır. Bu pirdə Allahı çağırıb ondan şəfa istəyən neçə-neçə xəstə şəfa tapıb. Müşkülü olanlar səadətə qovuşublar.

Xurafata yox!

Olduğumuz ziyarətgahın nə qədər qədim və inanclı bir məkan olmasına baxmayaraq, televiziya və mətbuatın da nəzərindən o qədər uzaq düşüb. Pirin nəzdində əvvəl mədrəsə də fəaliyyət göstərib. Hazırda isə mədrəsənin fəaliyyəti dayandırılıb. Pirdə İmam Hüseyn aşiqləri heyəti də fəaliyyət göstərir. Ramazan, Məhərrəm aylarında təşkil olunan mərasimlərdə heyət yaxından iştirak edir. Həmin mərasimlərdə dində bidətlərə yol verilməməsinə çalışılır. Burada Aşura günü qara parçaların paylanması yasaqdır. İnsanları pirdə yersiz şam yandırmağa qoymurlar. Məhərrəm ayında qola qara bağlamağı xurafat adlandıran bələdçimiz «İslam deyir ki, bütün müsəlmanlar elm öyrənməlidir»-söylədi.

Nəzrət Əli Azərbaycanda olmayıb

Azərbaycanda Həzrəti Əli (ə)-nin adı ilə bağlı iki pir var. Hər ikisinin də Adı «Qədəmgahdır». Pirlərdən biri Buzovnada, digəri isə haqqında danışdığımız Zığda yerləşir. Reportaj zamanı məni ən çox maraqlandıran suallardan biri bu pirlərin yaranma tarixləri oldu. Elə bunu düşünərək bələdçimizdən «Rəvayətə görə Həzrəti Əli (ə) Azərbaycanda olub?» deyə soruşdum. Cavabda isə «İslam tarixində Həzrəti Əli (ə) Ərəbistandan kənara çıxmayıb. Burada iki nəzər var. Bu pirlər ola bilsin ki, insanların Həzrəti Əliyə (ə) olan məhəbbətlərindən yaranıb. Amma İslamda teyyül- ərz deyilən bir anlam ki var, insan dayandığı yerdə bir anın içində başqa bir şəhərdə ola bilər. Ehtimal var ki, teyyül -ərz ilə Həzrət Əli (ə) bura gəlib və öz izini qoyub».

Kasıblara yardım


Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin sərəncamı ilə bütün dini və tarixi abidələr qorunub saxlanılır. Nazirlik tərəfindən «Qədəmgah»ın qeydə alınıb-alınmamasını bilmədiyini söyləyən Müşviq pirin təmir-bərpa işlərinin ziyarətgaha gələn nəzirlərin sayəsində başa gəldiyini bildirdi. «Ziyaərtgahın sayəsində təkcə təmir işləri görülmür, kənddə olan kasıblara əl tutulur. Ziyaərtgaha gətirilən xalçalardan uşaq evlərinə verilir. Kənddə yerləşən poliklinika da ziyarətgahın hesabına təmir olunub.

Şah İsmayıl Xətai Zığda

Söhbət əsnasında bizə məlum oldu ki, piri ziyarət edənlər təkcə yerlilər deyil. Belə ki, «Qədəmgahı» ziyarət edənlərin arasında hətta əcnəbilərə də rast gəlmək olar. Bələdçimiz bundan əlavə ziyarətgahın yerləşdiyi Zığ kəndində şah İsmayıl Xətainin də olduğunu söylədi. «Şah İsmayılın qoşunundan olan iki nəfəri kənd camaatı böyük ehtiramla qəbul edir. Bu hörməti görən həmin adamlar şaha namə göndəriblər. Deyilənlərə görə Şah özü də k?ndə gəlib. G?ldikdən sonra burada ziyarətgahın olmasından da xəbərdar olur. Kənd camaatının əhli şiə olduğunu bildikdən sonra burada onlar üçün duluzçuluq sexi açır və kəndi vergidən azad edir. Şah Təhmasibin dövrünə qədər kənd vergidən azad olur. Amma şah Təhmasib yenidən kəndə vergi kəsəndə kəndin ağsaqqalları onun yanına gedir və Şah İsmayıl Xətainin kəndi vergidən azad etdiyi barədə sənədi ona təqdim edirlər. Şah Təhmasib də həmin qərarı qüvvədə saxlayır. Zığ kəndi Nikolayın döbvrünə qədər vergidən azad olub».


Qəbirlər də bir tarixdir

Zığ kəndinin çox qədim bir kənd olduğunu orda olan tarixi abidələrdən gördük. Bələdçimiz kənd qəbristanlığında da da çox qədim qəbirlərin olduğunu söylədi. Görmək bizim üçün maraqlı olduğundan yolumuzu kəndin qəbristanlığından saldıq. Qəbirldər də bir tarixdir. Qəbristanlıqda ilk öncə diqqətimizi çəkən İamam Museyi Kazımın eşqinə tikilən türbə oldu. Ən azı 500 il yaşı olan türbədə səkkiz qəbir var. Daş sandıq foromasında olan qəbirlərin kimə məxsus olduğu heç kəsə bəlli deyil. Üzərində yazılar olsa da oxunması mümkün deyil. Türbənin Daş kitabəsində isə təkcə «Museyi kazım eşqinə tikilən türbə» yazılıb. Qəbirlərin üzərində yazılan yazıları oxutdurmaq üçün isə maddi vəsait tələb olunur.

Qəbristanlıqda «Sərdabə» deyilən qəbirlər də mövcuddur. Sərdabə daşdan hörülmüş, dördbucaqlı kiçik ev kimidir. Bələdçimiz Müşviq deyir ki, həmin sərdabələrin arasında bəylərin də qəbirləri var. «Bir sərdabədə 10, 20 cəsəd olub. Bu sərdabələrə el arasında «əmanət qəbirlər»-də deyirlər. Burada dəfn olunan insanlar o vaxt Kərbəlada dəfn olunmalarını vəsiyyət ediblər. Yollar bağlandığına görə onların qəbirlərini Kərbəlaya apara bilməyiblər. Belə sərdabə içərsində saxlayfıblar ki, nə vaxtsa yollar açılar vəisyyətləri yerinə yetirərlər. Amma hələ də Kərbəlaya getmək müşkül olub». Kənd qəbristanlığından bir az aşağıda isə «Ovdan» deyilən su quyuları var. Bu quyulardan çıxan suyun mənbəyi hələ də bəlli deyil. Müşviq isə deyir ki, quyuların arasında 15-20 metr məsafə olmasına baxmayaraq eyni mənbədən deyil. Çünki quyulardan birinin suyu şirin, digərininki, isə bir az duzludur.

Zığ bəyləri

Zığ kəndində bəy nəsli də var. Vaxtilə kənddə adlı-sanlı-bəylər yaşayıblar. İndi isə onların nəvə-nəticələri bəy nəslinin davamçılarıdırlar. Adlı -sanlı bəyəlrdən olan Əziz bəyin nəvəsi Kərbəlayi Əhliman dayının qonağı olduq. Bizim üçün maraqlı həmsöhbət olan Əhliman dayı, ata-babalarının yaşadığı dövrdən danışdı: «Mən Əziz bəyin kiçik oğlunun oğluyum. Mənim atamdan böyük İsrafil əmim olub, ondan böyük Əsəd əmim olub. Əziz bəy çox böyük bir əraziyə sahib olub.Bundan əlavə onun çoxsayda buruqları olub. Malk olduğu hər bir buruq yerini Əziz bəy 4000 qızıla satıb. Binayi dövrdən bu kənd maldarlıqla məşğul olub. Əncir və meynə becəriblər. O vaxt erməni-müsəlman davasında ermənilər kəndin 7 bəyini birdən öldürüblər. Onların da qəbirləri sərdabədədir. Cəmil bəy, Gəray bəy, Mirzə bəy Əziz bəyin qardaşları olub. Söhbətimiz vaxtı Mirzə bəyin nəvəsi Zəkiyyə xala da gəlib çıxdı. O da öz söhbətləri ilə söhbətimizə şirinlik qatdı».
Daha sonra isə Əhməd bəy Xanlarovun nəticəsi Ruxsarə xalanın qonağı olduq. Əhməd bəy əslən içəri şəhərli olsa da Zığ bəylərindən hesab olununr. Çünki ömrünün yarısını orada yaşayıb, nəvə nəticələri də bu kənddə olub. İçəri şəhərdən Zığa köçməsinin əsas səbəbi isə şəhərdə suyun olmaması imis. Əhməd bəy Fransa Rus müharibəsində iştirak etdiyinə görə general adını alıb.

İradə Nürəddinqızı






17 Fevral, 2011  18:53 Baxılıb: 4695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43




sagbanner