Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Apple” ABŞ-da zavod tikəcək

Simsar.az xəbər verir ki, “Apple” şirkəti ABŞ-ın Arizona ştatında sapfir şüşə istehsal üzrə zavodun inşasına 578 milyon dollar xərcləyəcək. 

Bu barədə tikintidə podratçı təşkilat qismində çıxış edəcək “GT Advanced Technologies” şirkətinin məlumatında deyilir.

“GT Advanced Technologies” şirkəti “Apple” ilə əməkdaşlıq haqqında saziş imzalayaraq avadanlığın alınması və istehsalın təşkili üçün 578 milyon dollar əldə edəcək.

Sazişə əsasən, podratçı təşkilat aldığı vəsaitləri 2015-ci ildən etibarən 5 il ərzində məhsulla qaytaracaq.

Arizonada tikiləcək yeni zavodda 700 nəfərdən çox işçinin çalışacağı gözlənilir.

Bundan başqa, “Apple”ın xüsusi nümayəndəsi Kristin Hyuqet “AllThingsD” portalına müsahibədə bildirib ki, zavod bütünlüklə ekoloji təmiz enerji ilə fəaliyyət göstərəcək.

“GT” həmçinin məhsulun maya dəyərini azaltmaq və böyük həcmli tədarükləri təmin etmək məqsədilə sapfir şüşə istehsalı üzrə təkmil dəzgahların hazırlanması ilə məşğul olacaq.

Aynur






5 Noyabr, 2013  16:03 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner