Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“BlackBerry” müflis olur

Simsar.az xəbər verir ki, “BlackBerry” istehsalçısı aktivlərinin “Fairfax Financial” şirkətinə satılmasına dair sazişi imzalamayacaq və investisiyaların cəlb edilməsi və rəhbərliyin dəyişməsi vasitəsilə böhranlı vəziyyətdən çıxmağa çalışacaq. 

Bu barədə Kanada istehsalçısının məlumatında deyilir.

Şirkətin yaydığı məlumatdan aydın olub ki, “BlackBerry” şirkəti “Fairfax Financial” və digər investorlar qrupundan konversiya edilən istiqrazlar paketi üçün 1 milyard dollar məbləğində vəsait alaraq sövdələşməni iki həftə ərzində başa çatdırmağı planlaşdırır.

Bundan başqa, bildirilir ki, şirkətin rəhbərliyində xeyli dəyişikliklər baş verəcək. Belə ki, şirkətin baş direktoru Torsten Heyns istefaya göndəriləcək və onun yerinə “Sybase” şirkətinin keçmiş rəhbəri Con Çen təyin olunacaq.

O, həmçinin “BlackBerry” Direktorlar Şurasının sədri olacaq.

“BlackBerry” nəhəng smartfon istehsalçısıdır. Son illər ərzində şirkətin dünya bazarında payı azalmağa doğru gedib və hazırda təxminən 3 faiz təşkil edir.

Aynur






5 Noyabr, 2013  11:53 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner